KONRAD SƏTHİ

seysmik məlumatlara əsasən yer qabığının qranit qatı ilə bazalt qatını ayıran səth (sərhəd). Yer səthindən 5-35 km dərində yerləşir. Avstriya alimi V. Konradın şərəfinə adlandırılmışdır. Конрада поверхность Conrad discontinuity
KONQLOMERAT
KONSEDİMENTASİON QIRIŞIQLIQ
OBASTAN VİKİ
Yer səthi
Coğrafi təbəqə və ya Yer səthi — Yerin tam və kəsilməz üst quruluşu. Onun tərkib hissələri torpaq, troposfer, stratosfer, hidrosfer və biosferdir. Onlar bir-biri ilə sıx əlaqədədir və onlar arasında daima enerji və maddələr mübadiləsi gedir. Броунов П. И. Курс физической географии, СПб., 1917. Григорьев А. А. Опыт аналитической характеристики состава и строения физико-географической оболочки земного шара, Л.—М., 1937. Григорьев А. А. Закономерности строения и развития географической среды, М., 1966.
Yuyulma səthi
Yuyulma səthi (rus. поверхность размыва, ing. surface of wash-out, surface of erosion) — müxtəlif süxurların yuyulmuş, nahamar səthi. Y.s. cavan çöküntülər toplanana qədər daha qədim süxurların denudasiya prosesləri və ya su axınları ilə yuyulması /dağılması/ sayəsində yaranır. Çöküntü toplanma prosesində fasilə olmasını sübut edir.
Səthi cazibə
Səthi cazibə (və ya qeyri-səmimi cazibə) — insanın həqiqətən inandığı və ya etmək istədiyi şeydən çox, başqaları tərəfindən yaxşı qarşılandığı üçün bir şey söyləmək və ya etmək sosial hərəkətinə aiddir. Buna bəzən "insanlara eşitmək istədiklərini söyləmək" deyilir. Səthi cazibə ümumiyyətlə həvəsləndirmək və ya inandırmaq üçün təsirli bir yoldur və təəssürat/özünü təqdimetmə nəzarətinin çoxsaylı elementlərindən biridir. Açıq-aşkar gizli niyyətlərlə müşayiət olunan yaltaqlıq və cazibədarlıq cəmiyyətdə ümumiyyətlə qiymətləndirilmir və insanların çoxu özlərini səmimi tərifləri səthi olanlardan ayırmağa çalışırlar, lakin tədqiqatçılar hətta zahirən manipulyasiya cazibəsinin də təsirli ola biləcəyini efektiv olduğunu deyirlər. İfadə edilən münasibətlər mənfi və ya rəddedici olsa da, gizli münasibətlər çox vaxt müsbət təsir göstərir. Cazibədarlığın və yaltaqlığın effektivliyi adətən adamın özünü yaxşı hiss etmək təbii istəyindən irəli gəlir. Səthi cazibə dağıdıcı ola bilər. Həddindən artıq sosial zəka ustası olmaqla və digər insanların sosial siqnallarını sonsuz olaraq qəbul edərək özünə hörməti qurban verə bilər. Zahirən cazibədar olmaq bacarığı tez-tez teatr, ticarət, siyasət və diplomatiya kimi sahələrdə uğur qazandırır. Səthi cazibədarlar daha xoş təzahürləri ilə müxtəlif müsbət nəticələr yarada bilirlər, onların danışıq bacarıqları xoşa gəlmək qabiliyyətinə görə ictimai yerlərdə yüngül əyləncə təmin edir.
Konrad Adenauer
Konrad Adenauer (alm. Konrad Hermann Joseph Adenauer‎; 5 yanvar 1876[…], Köln, Prussiya, Almaniya Reyxi[d] – 19 aprel 1967[…]) — alman dövlət və siyasi xadimi, AFR-in ilk federal kansleri (1949–1963). Konrad Adenauer yanvar ayının 5-i, 1876-cı ildə Kölndə anadan olmuşdur. Üç bacı-qardaşı ilə, o, sadə ailədə boya-başa çatmışdır. 1894-cü ildə məktəbi bitirdikdən sonra, əvvəlcə o, bank kargüzarı kimi, sonralar isə Frayburq, Münhen və Bonnda hüquqşünaslıq sahəsində təhsil almışdır. 1902-ci ildə Köln əyalət məhkəməsində köməkçi hakim qismində sınaqdan keçirdikdən sonra Kölndə bir vəkil ofisində çalışdı. İrs və tərbiyə, tezliklə reynli katolik Adenaueri mərkəzə, Siyasi Katolisizm Partiyasına gətirib çıxardı. Onun siyasi karyerası 1906-cı ildə Köln şəhər müşaviri təyin edildiyi zaman başladı. O, birinci katib köməkçisi seçimindən üç il sonra bələdiyyə sədrinin müavini təyin edildi. Bacarıq və ixtiraçılığı Adenauerə xüsusilə birinci dünya müharibəsi zamanı Köln ərzaq təchizatı təşkilatçısı vəzifəsində uğur qazandırdı.
Konrad Feydt
Hans Walter Conrad Veidt (/ faɪt /; 22 yanvar 1893 – 3 aprel 1943) Alman aktyoru, Başqalarından fərqli (1919), Doktor Caligari kabineti (1920) filmlərindəki rolları ilə ən yaxşı xatırlanmışdır. Gülən adam (1928). Nasistlər hakimiyyətə gəldikdən sonra 1933-cü ildə yeni yəhudi arvadı İlona Prager ilə birlikdə Almaniyanı tərk etmək məcburiyyətində qaldı. Cütlük İngiltərədə məskunlaşdı və burada 1939-cu ildə Britaniya vətəndaşlığını aldı. 1941-ci ildə ABŞ-yə mühacirət etməzdən əvvəl Britaniyanın bir çox filmlərində, o cümlədən Bağdad oğrusu (1940), Kasablankada böyük Ştrasser (1942) filmlərində çəkildi. Doktor Kaliqarinin kabineti (film, 1920) Orlakın əlləri (film, 1924) Mum fiqurlar kabineti (film, 1925) Hind sərdabəsi (film, 1921) Paqanini (film, 1923) Bağdad oğrusu (film, 1940) Azərbaycan Sovet Ensiklopediyası. IX cild. Bakı, 1986, səh. 517.
Konrad Gesner
Konrad Gesner və ya Gessner (alm. Conrad Gesner‎, həmçinin Konrad Gesner, Konrad Gessner, Konrad Geßner, Conrad Gessner, Conrad Geßner, Conrad von Gesner, Conradus Gesnerus; 26 mart 1516, Sürix, Qədim İsveçrə İttifaqı – 13 dekabr 1565, Sürix, Qədim İsveçrə İttifaqı) — İsveçrə təbiətşünası, biblioqrafı, ensiklopediyaçısı. O, heyvanlar və bitkilər haqqında bəşəriyyətin topladığı məlumatları sistemləşdirməyə çalışan ilk alimlərdən biri olmuşdur. "Heyvanlar tarixi" zooloji ensiklopediyasının (I–V cildlər, 1551–1587) və daxilində latın, yunan və yəhudi mənbələrindən 15 min kitabın təsviri olan ilk universitet kitabxanası əsəri "Ümumi kitabxana"nın (I–III cildlər, 1545–1555) müəllifi. 1537-ci ildən Lozannada professor, 1541-ci ildən Sürixdə həkim olan Gesner 1565-ci ildə vəbadan vəfat etmişdir. Геснер, Конрад // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907. Сергеев М. Л. Конрад Гесснер (1516—1565) как библиограф // Acta linguistica Petropolitana.
Konrad Hilton
Konrad Nikolson Hilton(ing. Conrad Nicholson Hilton; 25 dekabr 1887[…], San Antonio[d], Nyu-Meksiko – 3 yanvar 1979[…], Santa-Monika, Kaliforniya) — amerika iş adamı, Hilton Otellər Şəbəkəsinin banisi. Konrad Hilton 1887-ci ilin dekabrın 25-də ABŞ-nin Nyu-Meksiko ştatında çox uşaqlı ailədə anadan olub. Anası Mari Almaniyadan, atası Avqust isə Norveçdən miqrasiya etmişdi. Atasının San-Antonioda xırdavat dükanı var idi. Ailənin bütün dolanışığını dükan vasitəsiylə təmin edirdi. Hətta uşaqlarının hər birinin öz otağı olan ev də tikmışdı, lakin 1907-ci ildə yaşanan böhran Avqustun da kiçik biznesini vurur. Mağazanın gəlirləri bir neçə dəfə azalır. Vəziyyət elə kritikləşir ki, ailə ərzağa qənaət etməyə başlayır, evlərinin bir neçə otağını günlük kirayə verirlər. Bu ideyanın ilk olaraq, kimin ağlına gəldiyi bəlli deyil.
Konrad Pauman
Konrad Pauman (1415, Nürnberq, Müqəddəs Roma imperiyası - ö. 24.1.1473, Münhen, Müqəddəs Roma imperiyası) — tanınmış nürnberqli orqançı, XV əsrdə yaşamış musiqiçilərin ən görkəmlilərindən biri, alman orqan musiqisinin banisi.
Konrad Tsuze
Konrad Tsuze (alm. Konrad Ernst Otto Zuse‎; 22 iyun 1910[…] – 18 dekabr 1995[…]) — alman mühəndisi, ixtiraçısı və iş adamı, müasir kompüterin yaradıcılarından biri. 1941-ci ildə düzəltdiyi Z3 hesablama maşını ilə o proqramlaşdırıla bilən kompyuterin və yüksək dilli proqramlaşdırmanın ixtiraçısı sayılır. Tsuzenin düzəltdiyi hesablama maşını rəqəmlərin dual təsvirinə əsaslanaraq üğürla işləyir. O bu maşını hesabat işlərində yaranan çətinliyi aradan qaldırmaq üçün ixtira etmişdir. Tsuze Berlində təyyarə zavodunda mühəndis kimi fəaliyyət göstərirdi. O, təyyarələrin statik hesabatları və riyazi məsələlərin həlli zamanı bu işlərin avtomatlaşdırılması üzərində düşünməyə başlayır. Tsuzenin ideyası dişli çarxlar və ştanqalardan imtina etmək və dual say sistemindən istifadə etməklə yeni bir məntiqə əsaslanan hesablama maşını düzəltməkdən ibarət idi. Artıq 1938-ci ildə, o, özünün ilk sınaq maşınını-Z1-i nümayiş etdirir. Bu maşın öz məntiqinə və yaddaş prinsipinə görə mexaniki maşınlara oxşayırdı.
Konrad Çuze
Konrad Tsuze (alm. Konrad Ernst Otto Zuse‎; 22 iyun 1910[…] – 18 dekabr 1995[…]) — alman mühəndisi, ixtiraçısı və iş adamı, müasir kompüterin yaradıcılarından biri. 1941-ci ildə düzəltdiyi Z3 hesablama maşını ilə o proqramlaşdırıla bilən kompyuterin və yüksək dilli proqramlaşdırmanın ixtiraçısı sayılır. Tsuzenin düzəltdiyi hesablama maşını rəqəmlərin dual təsvirinə əsaslanaraq üğürla işləyir. O bu maşını hesabat işlərində yaranan çətinliyi aradan qaldırmaq üçün ixtira etmişdir. Tsuze Berlində təyyarə zavodunda mühəndis kimi fəaliyyət göstərirdi. O, təyyarələrin statik hesabatları və riyazi məsələlərin həlli zamanı bu işlərin avtomatlaşdırılması üzərində düşünməyə başlayır. Tsuzenin ideyası dişli çarxlar və ştanqalardan imtina etmək və dual say sistemindən istifadə etməklə yeni bir məntiqə əsaslanan hesablama maşını düzəltməkdən ibarət idi. Artıq 1938-ci ildə, o, özünün ilk sınaq maşınını-Z1-i nümayiş etdirir. Bu maşın öz məntiqinə və yaddaş prinsipinə görə mexaniki maşınlara oxşayırdı.
Cozef Konrad
Cozef Konrad (ing. Joseph Conrad), əsl adı Yuzef Teodor Konrad Kojenyovski (pol. Józef Teodor Konrad Korzeniowsk, polyak: [ˈjuzɛf tɛˈɔdɔr ˈkɔnrat kɔʐɛˈɲɔfskʲi] ( dinlə)) və ya Feodor İosif Konrad Korjenevski (rus. Феодор Иосиф Конрад Корженевский; 3 dekabr 1857[…] – 3 avqust 1924[…], Kent qraflığı) — Polşa əsilli İngiltərə yazıçısı, dəniz romanının ustası. Yuzef Teodor Konrad Kojenyovski anasının mülkünün yerləşdiyi, Rusiya imperiyasının Kiyev quberniyasının Berdiçevski qəzasının (indiki Ukraynanın Jitomir vilayətinin Berdiçevski rayonu) Terexovo kəndində, Polşa zadəganı, şair Apollon Kojenyovskinin ailəsində anadan olmuşdur. Fransa və İngiltərədə dənizçi olmuşdur. 1886-cı ildə Britaniya vətəndaşlığını almış və ədəbi yaradıcılığa başlamışdır. O, 1895-ci ildə "Almayerin axmaqlığı" adlı ilk romanını nəşr etdirmişdir. İngilis dilini öyrənməkdə ilk çətinlikləri aradan qaldırmışdır. İnsana baxışında Dostoyevskiyə yaxın olan Konrad həyat haqqında amoral anlayışında nihilist idi.
Konrad sərhəddi
Konrad sərhəddi (ing. Conrade discontinuity) — seysmik dalğaların sürətinin artması ilə müəyyən edilən yer qabığının qranit (yuxarı) və bazalt (aşağı) təbəqələrini ayıran şərti sərhəd. Konrad sərhəddindən keçərkən uzununa seysmik dalğaların sürəti təxminən 6-dan 6,5 km/s-ə qədər kəskin şəkildə artır. Bir sıra yerlərdə səth izlənilmir və seysmik dalğaların sürətləri dərinliyə doğru tədricən artır. Bəzən, əksinə, sürətlərin kəskin artmasının bir neçə səthi izlənilir. Konrad sərhəddi materik qabığının müxtəlif bölgələrində 15–20 km dərinlikdə izlənilir, lakin okean qabığının altında rast gəlinmir. 1925-ci ildə Alp dağlarında zəlzələni tədqiq edərkən sərhədin mövcudluğunu təyin etmiş Avstriya geofiziki V. Konradın şərəfinə adlandırılmışdır. Bununla belə, 1960-cı illərdən başlayaraq bu nəzəriyyə geoloqlar arasında fəal şəkildə mübahisə edilir, çünki Konrad sərhəddin dəqiq geoloji əhəmiyyəti hələ də aydınlaşdırılmayıb. Kola dərin quyunun qazılması zamanı da müəyyən edilməmişdir. Amfibolit fasiyasından qranulit fasiya metamorfizminə keçidi təmsil etməsi ehtimalını Vredefort strukturunun yuxarı mərkəzi hissəsinin və onu əhatə edən Kaapvaal kratonunun müşahidələri ilə təsdiq edilmişdir.
Konrad Lorenz
Konrad Zaxarias Lorenz (alm. Konrad Zacharias Lorenz‎ ; 7 noyabr 1903[…], Vyana – 27 fevral 1989[…], Vyana) — avstriyalı zooloq və zoopsixoloq, etologiyanın — heyvanların davranışı haqqında elmin banilərindən biri, fiziologiya və ya tibb üzrə Nobel mükafatı laureatı laureatı(1973, Karl fon Friş və Nikolas Tinbergen ilə birlikdə). Uzun illərini boz qazların davranışını öyrənməyə həsr edən Lorenz onlarda imprintinq (iz buraxma) fenomenini kəşf etmişdir. Lorenz bu və digər növlərin nümunəsindən istifadə edərək, heyvanların aqressiv və cinsi davranışının bir çox aspektlərini, o cümlədən bu davranış formalarının müqayisəli etoloji təhlilində insan davranışını öyrənmişdir. Elmi baxışlarında Lorenz ardıcıl təkamülçü, təbii seçmə nəzəriyyəsinin tərəfdarı idi. Aşağıda Lorenzin bəzi nəticələri var. Bir çox heyvan növlərinin davranışını təhlil edən Lorenz, Freydin aqressiyanın yalnız xarici stimullara reaksiya olmadığı qənaətini təsdiqlədi. Bu stimullar aradan qaldırılarsa, aqressivlik toplanacaq və tətikləyici stimulun həddi sıfıra enə bilər. İnsanlarda belə bir vəziyyətə misal olaraq kiçik təcrid olunmuş insan qruplarında baş verən ekspedisiya quduzluğunu göstərmək olar, bu vəziyyət bəzən əhəmiyyətsiz bir səbəbdən hətta ən yaxşı dostunu öldürmək həddinə çatır. Əgər aqressiya xarici stimuldan qaynaqlanırsa, o, stimulun üzərinə sıçramır (məsələn, iyerarxiyada daha yüksək olan fərd), lakin iyerarxiyada daha aşağı olan şəxslərə və ya cansız obyektlərə yönləndirilir .
Konrad Stoltz
Konrad Stoltz (23 oktyabr 1973) — CAR-ı təmsil edən triatlonçu. Konrad Stoltz CAR-ı 2000-ci ildə Sidney şəhərində (Avstraliya) baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil elədi və olimpiadanı 20-ci pillədə başa vurdu. Daha sonra Konrad Stoltz CAR-ı 2004-cü ildə Afina şəhərində (Yunanıstan) baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil elədi və olimpiadanı nəticəsiz başa vurdu.
Səthi-aktiv maddələr
Səthi-aktiv maddələr(SAM) – xalq təsərrüfatının bir çox sahələrində müxtəlif məqsədlər üçün istifadə olunan maddələrdir. Qısaldılmış formada SAM-lar adlanır. SAM-lar yuyucu vasitələr, köpük və emulsiya stabilləşdiricisi, flotoreagentlər, hidrofoblaşdırıcılar, antistatiklər, korroziya inhibitorları və sair kimi işlədilir. SAM-ların müxtəlif təyinatlı olması, onlardan geniş miqyasda istifadə etməyə imkan verir. Məsələn, istehsal olunan anion, qeyri-ionogen, kation və amfolit səthi-aktiv maddələrin miqdarı ildə milyon tonlarladır. Neft sənayesində SAM-ların istehsalına təxminən 60-70 il bundan əvvəl başlanmışdır. 1939-cu ildə dünya miqyasında cəmi 14 min ton, 1960-cı ildə 1386 min ton, 1982-ci ildə isə 6500 min ton SAM istehsal olunmuşdur. Sonrakı illərdə istehsal olunan SAM-ların miqdarı daha çox artmışdır. SAM-ların bir hissəsi yuyucu xassəyə malikdir. Köməkçi komponentlər və doldurucularla (soda, fosfatlar, natrium sulfat və s.) əsas aktiv maddələrin yuyuculuq təsiri gücləndirilir.
Konrad Yakob Temmink
Konrad Yakob Temmink (nid. Coenraad Jacob Temminck; 31 mart 1778 — 30 yanvar 1858) — Niderland zooloqu. Bir neçə heyvan, o cümlədən ağquyruq qumluqca (Calidris temminckii) Temmink pişiyi (Catopuma temminckii), Molossops temminckii, çol kərtənkələsi (Manis temminckii), xallı traqopan (Tragopan temminckii), qrif tısbağası (Macrochelys temminckii) və s. Temminkin şərəfinə adlandırılmışdır.
Konrad Malt-Brün
Konrad Malt-Brün (dan. Malthe Conrad Bruun, fr. Conrad Malte-Brun; 12 avqust 1775[…], Tisted[d] və ya Danimarka – 14 dekabr 1826[…], Paris) — danimarkaəsilli Fransa coğrafiyaşünası. Danimarka kral mülklərinin idarəediciləri ailəsində anadan olmuşdur. O, Kopenhagen Universitetində təhsil almışdır. 1800-cü ildə Fransa inqilabını dəstəkləyən şeirlər və broşürlər yazdığı üçün Danimarkadan qovulmuş və Fransaya köçmüşdür. Orada coğrafiyaşünas və jurnalist kimi fəaliyyət göstərmişdir. O, "Précis de géographie universelle"in altı cildinin və çoxsaylı coğrafi xəritələrin müəllifidir. 1821-ci ildə Malt-Brün Fransa Coğrafiya Cəmiyyətinin təsisçilərdən biri olmuş və onun birinci katibi seçilmişdir. Malt-Brün ilk dəfə "Okeaniya" və "Hind-Çin" terminlərindən istifadə etmişdir.
Səthi meyillik xəritəsinin tərtibi
Səthi maillik xəritəsinin tərtibi Səthi axın potensial enerjisini yaradan relyefin bütün ünsürləri eroziya prosesini yaradan imkanına malikdir. Daha doğrusu hər hansı bir şəraitdə eroziya prosesinin əmələgəlmə gərginliyi və inkişafı ilk növbədə yerin relyefindən, eləcə də mövcud yamacların mailliyindən, baxarlığından, onların məsafəsindən və yamacların səth quruluşunun formasından (kələ-kötürlü, çala və qabarıqlığın bir-birini əvəzetmə tezliyindən) asılı olur. Ümumiyyətlə səthi maillik xəritəsi dedikdə yer səthinin relyef quruluşunda sərbəst su axımının yaranması potensialına malik relyefin müəyyən maillik bucağı altında şaquli formasını özündə əks etdirən planı yada düşür. Səthi maillik xəritəsi hər hansı şəraitdə səth axınlarının sərbəst baş vermə ehtimalı olan bütün ərazilər üçün tərtib edilir. Bundan başqa dağətəyi və dağlıq bölgələrdə torpaqların becərilməsi müxtəlif maillik bucağına və baxarlığa malik yamaclarda aparıldığına, eləcə də leysan xarakterli yağışların yağma ehtimalı çox olan dağətəyi və dağlıq bölgələr üçün səthi maillik xəritələrinin tərtibi olduqca vacibdir. Səthi maillik xəritələri digər tərəfdən ona görə lazımdır ki, tərtib edilmiş həmin xəritələrdə yer səthinin hansı dərəcədə mailliyə malik olması və eroziyaya potensial təhlükəli sahələr əvvəlcədən müəyyən edilir və sel hadisəsi baş verdikdə və səthi yayılma prosesi getmə ehtimal olan yerlər (xüsusən əkinaltı torpaqlar yayılan sahələr) üzrə eroziyaya qarşı tədbirlər sistemi göstərilməlidir. Xəritələr tərtib edilərkən səth axınlarına potensial təhlükəli yamacların və digər sahələrin maillik dərəcələrini ifadə etmək üçün aşağıda göstərilən şkaladan istifadə edilməlidir: 0-1, 1-3, 3-5, 5-10, 10-15, 15-20, 20-30, 30-45, >45. Göstərilmiş metod və şkaladan istifadə edilərək Azərbaycan Respublikasının eroziyaya potensial təhlükəli bütün əraziləri üçün irimiqyaslı (1:10 000) səthi maillik xəritələri tərtib edilməlidir. Həmin materiallar əsasında gələcəkdə torpaqların səthi və qobu eroziyasının qarşısının alınmasına aid tədbirlər kompleksinin işlənməsi məqsədilə müvafiq kiçik (1:100000, 1:200000 və 1:500000) miqyaslı xəritələr hazırlanmalıdır. Son vaxtlar iqlimdə istiləşmələrin yüksələn xətlə davam etməsi ilə əlaqədar leysan xarakterli yağıntıların tez-tez təkrarlanması və bunun nəticəsində torpaq eroziyası prosesləri və yaşayış məntəqələrinin, yerüstü və yeraltı xətt tikintilərinin su basması halları güclənmişdir.